Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov Cenevrədə ATƏT-in Minsk Qrupunun həmsədrləri ilə görüşüb.

Unikal.org xəbər verir ki, bu barədə XİN-in mətbuat xidmətinin rəhbəri Leyla Abdullayeva "Twitter" səhifəsində məlumat yayıb. Görüşdə ATƏT-in şəxsi nümayəndəsi Anjey Kasprişik də iştirak edib.