Yanvarın 28-də Novruz Aslanov Xanagah və Qalınçaq kəndlərdə seçiciləri ilə görüşüb. Qalıncaq kəndində Novruz Aslanovla görüşə Mücəftəran kənd sakinləri də gəlmişlər.

Unikal.org xəbər verir ki, bununla da Novruz Aslanovun 46 kənddə görüşləri baş tutub.
Seçicilər tərəfindən səmimi qarşılanan namizəd çıxışında ölkədə davam edən islahatlardan söhbət açıb. Ismayıllı rayonunda da yeniliklərdən söhbət açan namizəd bütün bunları vətəndaşların rifahının yüksəldilməsi üçün davamlı olaraq həyata keçiriləcəyini bildirib. Görüşlərdən sonra Novruz Aslanov ona müraciət etmək istəyən bir neçə kənd sakini fərdi qaydada qəbul edib.
Saat 15.00-da rayonun mədəniyyət mərkəzində səhiyyə və mədəniyyət işçiləri ilə görüş keçirilib. Çixiş edənlər Novruz Aslanovun 14 il ərzində deputat kimi fəaliyyətindən, rayon sakinləri ilə sıx ünsiyyətindən, daim onların yanında olduğundan danışıblar.
Novruz Aslanov çıxış edərək dövlətin bölgələrdə həyata keçirdiyi müxtəlif sahələri əhatə edən layihələri önə çəkərək, bu işlərin hər birimizin həyatında müsbət dəyişikliklərə səbəb olduğunu bildirib. Səmimi mühitdə baş tutan görüşlərdə deputatlığa namizəd Novruz Aslanov İsmayıllı sakinlərinin ona edilən bütün müraciətlərinə baxıldığını bildirərək hər il hazırladığı hesabat jurnalından bir neçə statistikanı diqqətə çatdırıb. Belə ki, namizəd 14 il ərzində İsmayıllı rayonuna sakinlərlə görüşmək məqsədilə 650 səfər etdiyini, 35 000 insanı qəbul etdiyini, müraciətlərin 75%-nin icra olunduğunu bildirib.    
Kəndlərdə görüşlər davam etdiriləcək.