Yanvarın 28-də saat 20 radələrində Balakən şəhəri ərazisində rayon sakini Rəhman Cəyiyev idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən Balakən şəhər sakini Sübhan Əfəndiyevi vurub. 

DİN Mətbuat Xidmətinin Şəki regional qrupundan Unikal.org-a verilən məlumata görə, o xəstəxanaya yerləşdirilib. Ancaq onun həyatını xilas etmək mümkün olmayıb. 

Balakən RPŞ tərəfindən araşdırma aparılır.