Kütahyada polis yaşlı kişinin parçalanmış cəsədi ilə qarşılaşıblar. 

Unikal.org-un Türkiyə KİV-nə istinadən verdiyi xəbərə görə, qonşular polisə müraciət edərək qarşı evdən pis qoxunun gəldiyinki bildirib. Bundan sonra hadisə yerinə polis əməkdaşları və səhiyyə işçiləri gəllib. 

İstintaq zamanı çürümüş və bədəninin bir qismi küçə itləri tərəfindən parçalanmış cəsədin bir müddət öncə həbsdən çıxan və başqa bir cinayətə görə axtarışda olan 68 yaşlı Mehmet Eyə aid olduğu təsbit edilib.  

Onun təxminən 5-6 ay öncə öldüyü bildirilib. M.Eyin cəsədi Ekspertiza üçün Morqa aparılıb.