ABŞ-lı müğənni və aktrisa Selena Qomez qonaq olduğu verilişlərin birində 7 il ərzində sevgi münasibəti yaşadığı müğənni Castin Biber haqqında danışıb. 

Unikal.org məlumat verir ki, 27 yaşlı gözəl müğənni Selena ilk dəfə “NPR Radio”ya verdiyi müsahibəsində səmimi etiraflarını edib: 

"Münasibətlərimiz zamanı mənəvi təcavüzə məruz qaldığımı hiss etmişəm. 

Yetişkin insan olaraq bunu anlamaq üçün bir yol tapmalı idim. Ömür boyu bu barədə danışmaq fikrində deyildim. İndi həyatımın ən güclü vaxtında olduğumu söyləməkdən qürur duyuram.

Çox çətin münasibət idi və xoşbəxtəm ki, bitib". 

Qeyd edək ki, illər ərzində evlilik hazırlıqlarının təfərrüatları haqqında danışarkən, cütlük yollarını məhz buna görə ayırıb.

Gülayə Mecid