Xəbər verdiyimiz kimi, Azərbaycanın sabiq Xarici İşlər Naziri Tofiq Qasımov 28 yanvar 2020-ci ildə ailəsiylə birgə yaşadığı İsveçrənin Lütsern şəhərində 81 yaşında vəfat edib

Unikal.org Tofiq Qasımovun Azərbaycanın XİN rəhbəri olduğu dövürdə hansı işlərə imza atdığını öyrənib.

Azərbaycan Xarici İşlər Nazirliyinin rəsmi məlumatında  bu barədə deyilir:

"1991-ci il oktyabrın 18-də Azərbaycan Rеspublikasının dövlət müstəqilliyinin еlan еdilməsinin təşəbbüskarlarından və Azərbaycan Rеspublikasının müstəqilliyi haqqında Konstitusiya Aktının müəlliflərindən biridir.

1992-ci ilin may ayında Xarici İşlər naziri təyin еdilmiş və 1993-cü il iyunun 26-dək bu vəzifədə çalışmışdır.

Bu müddətdə Azərbaycanın 150-yə yaxın xarici ölkə ilə diplomatik əlaqələri qurulmuş, bəzi böyük dövlətlərin Azərbaycanda, Azərbaycanın bu dövlətlərdə səfirlikləri açılmışdır.

Onun nazir işlədiyi müddətdə Azərbaycan Respublikası, İqtisadi Əməkdaşlıq Təşkilatı, Qara dəniz İqtisadi Əməkdaşlığı Təşkilatına və bir çox digər təşkilatlara üzv olmuşdur".