ABŞ, Avropa və Asiyanın bəzi ölkələrindən sonra Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) də koronavirusa yoluxma halları aşkarlanıb.

Unikal.org  xəbər verir ki, bu barədə BƏƏ-nin Səhiyyə Nazirliyi məlumat yayıb.

Bildirilir ki, koronavirusa (2019-nCoV) yoluxmuş şəxs artıq xəstəxanaya yerləşdirilib. Onun vəziyyətinin stabilləşdiyi və həkim nəzarətində olduğu açıqlanıb.

Çində koronavirusun indiyədək aşkar edilməmiş növünə (2019-nCoV) yoluxanların sayı 6 minə çatıb, virus səbəbindən ölənlərin sayı isə 132 nəfəri ötüb. Yoluxanların 976 nəfərinin vəziyyəti isə ağırdır.