Çin Futbol Assosiasiyası Super Liqada 22 fevralda başlaması nəzərdə tutulan yeni mövsümün startını təxirə salmaq qərarına gəlib.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, buna səbəb Çində koronavirusun yayılmasıdır. Çin Futbol Assosiasiyası media nümayəndələrinin, futbolçuların, məşqçilərin, stadion işçilərinin sağlamlığını təmin etmək üçün belə bir addım atıb.

Çin Super Liqasında yeni mövsüm 22 fevralda başlamalı idi. Hazırda Çində koronavirusa yoluxanların sayı 7711 nəfərdir. 170 nəfər isə bu virusdan vəfat edib.