Yanvarın 30-da Gənclər və İdman  naziri  Azad  Rəhimov  Cəlilabad rayonunda Cəlilabad, Masallı, Yardımlı  rayonlarından olan vətəndaşları  qəbul  edib.

Unikal.org xəbər verir ki, ümumilikdə 14-dən çox vətəndaşın iştirak etdiyi qəbulda müraciətlər əsasən “Gənclər evi”nin, yeni idman qurğularının tikintisi, qurğuların   idman avadanlığı ilə  təmin olunması,  eyni zamanda,   fəxri adların və məşqçilik dərəcələrinin verilməsi  ilə bağlı  olub.

Müraciətlərin  bir  qismi  yerindəcə  həll  edilmiş, nazirliyin  səlahiyyətlərinə  aid olmayan müraciətlərin qeydə alınaraq aidiyyatı   üzrə  göndəriləcəyi  bildirilib. Digər bir  qisim müraciət  isə  baxılması  üçün  icraya  yönəldilib.