Son olaraq Türkiyə “Başakşəhər”inin U-19 komandasını çalışdıran Öndər Karaveli “Qarabağ” klubunun koordinatorunun köməkçisi vəzifəsinə gətirilib.

Unbikal.org xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb. 45 yaşlı mütəxəssis daha əvvəl “Beşiktaş”, “Dardanelspor”, “Kestel Belediye” və “Başakşəhər”in U-21 komandalarında baş məşqçi işləyib.

“Qarabağ”ın Futbol Akademiyasının koordinatoru Tacettin Doğandır.