Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov MSK-nın nəzdində fəaliyyət göstərən Mətbuat Qrupuna sosial şəbəkədə yayılan məlumatları nəzarətdə saxlamaq tapşırığı verib.

Unikal.org-un məlumatına görə, ümumilikdə sosial şəbəkələrdə seçkilərlə bağlı ciddi narahatlıq yoxdur: “Əgər sosial şəbəkələrdə seçk prosesinə kölgə sala biləcək hansısa material varsa, onda Mətbuat Qrupu məsələni araşdırmalıdır. Sosial şəbəkələrdə bu və ya digər xoşagəlməz hallar araşdırılmalı və qanunvericiliyin tələbinə uyğun cavab verilməlidir”.

Qeyd edək ki, fevralın 9-da Azərbaycanda növbədənkənar parlament seçkiləri keçiriləcək.