Konyada dəhşətli qətl hadisəsi baş verib.

Unikal.org Türkiyə KİV-nə istinadən xəbər verir ki, 26 yaşlı Saliha Ö. adlı qadın sevgilisi Sadık Akmanı öldürüb. 34 yaşlı kişi 2 uşaq anası olan sevgilisini münasibətlərini onun həyat yoldaşına deməklə hədələyib. Saliha Ö. isə qatar stansiyasının tualetində ailəli sevgilisini silahla vuraraq öldürüb.

26 yaşlı qadın polis tərəfindən saxlanılıb.