Daha öncə də xəbər verdiyimiz kimi, İngiltərədə yaşayan 80 yaşlı İris Cones adlı qadın Misirli Muhammed Ahmed Irbriham ilə "Facebook"da tanış olaraq sevgili olub.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, Qahirəyə gedib 35 yaşlı Muhammed Ahmed Irbriham ilə görüşən yaşlı qadın bu dəfə aralarındaki 45 yaş fərqin önəmli olmadığını bildirib.  Öz anasından 20 yaş böyük qadınla sevgili olan Misir əsilli Muhammed Ahmed Irbriham onunla ailə həyatı quracağını qeyd edib. 

Cütlük artıq bütün dünyada məşhurlaşıb.