“Yuventus” klubunun portuqaliyalı ulduzu Kristiano Ronaldonun sosial şəbəkə paylaşımları üzərindən qazandığı pulların məbləği açıqlanıb.

Unikal.org xəbər verir ki, “Yuventus”dakı maaşı 30 milyon avro olan Ronaldo hər il sosial media hesabından təxminən 43 milyon avro qazanır. Ötən gün isə ulduz futbolçu daha bir dünya rekorduna imza atıb. Belə ki, onun rəsmi “Instagram” səhifəsinin izləyiciləri 200 milyona çatıb.

Bununla bağlı paylaşım edən Ronaldo:“200 milyon olduq! Bu yolu mənimlə bölüşdüyü üçün hər kəsə təşəkkür edirəm” - dəyə  izləyicilərinə minnətdarlığını bildirib.