ABŞ Hərbi Hava Qüvvələrində xidmət edən keçmiş əsgər Alen Conson sosial media hesabında paylaşdığı hərarətli pozları və belindəki döymə ilə qısa müddətdə fenomenə çevrilib.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, 24 yaşında olan Playboy modeli Alen Conson ABŞ hava qüvvələrinin əsgəri olub. Hazırda "İnstaqram" ulduzu olan qız deyir:

"Mən 15 yaşımda olduğum zaman ətrafımdan davamlı olaraq təhqir və təzyiqə məruz qaldığım üçün intihara cəhd etdim. Kiminsə mənə kömək edə biləcəyini düşünə bilmədim."

2013-cü ildə Alenin 18 yaşı tamam olandan sonra o, orduya getməyə qərar verib. ABŞ Hərbi Hava Qüvvələrinə qoşulmağın ona ümid verəcəyinə inansa da, bundan tam əmin olmayıb. Pizza yeməyi çox sevən Alen bədəninin hər yerinə döymə etdirib:

"Hamı məndən "niyə pizza?" deyə soruşdu. Mən də cavab verirəm ki, 'Niyə də olmasın? Bizi canlı edən şeylər həmişə ən kiçik şeylərdir" - deyən gənc qadın oxşar psixoloji problemləri olanlara dəstək olmaq istədiyini deyib.