Antalyada oğurluq hadisəsi olub.

Unikal.org Türkiyə KİV-nə istinadən xəbər verir ki, oğru 16 yaşlı Nurcan Durmazın əlindəki çantanı götürərək qaçıb. Həmin görüntülər təhlükəsizlik kamerası ilə lentə alınıb. 

16 yaşlı qızın çantasında telefon, tələbə kartı və 50 TL pul olduğu öyrənilib. Polis faktla bağlı araşdırma aparır.