Polşanın Azərbaycandakı yeni səfiri Rafal Poborski Bakıya gəlib.

Unikal.org Polşanın Azərbaycandakı səfirliyinin məlumatına istinadən xəbər verir ki, polşalı diplomat artıq Azərbaycan Xarici İşlər Nazirliyinin Dövlət Protokolu İdarəsinin müdiri Pərvin Mirzəzadə ilə görüşüb, tərəflər ikitərəfli münasibətlərin forması və dinamikasının artırılması imkanları barədə müzakirələr aparıblar.