125 saylı Zəngilan-Qubadlı seçki dairəsindən deputatlığa namizəd Faiq Kərimovun təbliğat-təşviqat kampaniyası davam edir.

Unikal.org xəbər verir ki, Faiq Kərimov Qaradağ rayonunun Qızıldaş qəsəbəsində, Nizami rayonunda və  və St Sumqayıtda məskunlaşan Zəngilan və Qubadlıdan olan məcburi köçkünlərlə görüşüb, onların problemləri ilə maraqlanıb.

Görüş zamanı sakinlər F.Kərimovu yaxından tanıdıqlarını, onun fəaliyyətindən razı qaldıqlarını bildiriblər.

F.Kərimov görüş zamanı bildirib ki, ona etimad göstərib,  səs verilsə, onları narahat edən məsələlərin həllində mühüm addımlar atacaq.