“Microsoft”un qurucusu, milyarder Bill Qeytsin 23 yaşlı qızı Cennifer Qeyts sevgilisi Nael Nassar ilə nişanlanıb. 

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, milyarderin kürəkəni misirli məşhur çapar Nael Nassardır.  28 yaşlı Nael Nassar 4 ildi Cennifer Qeytslə sevgilidir. Nassar bir çox yarışlarda ölkəsini təmsil edib çapardır.

Qeyd edək ki, Cennifer Qeyts Nael Nassarla atlara olan həvəsləri sayəsində tanış olub. Cütlük hər ikisi eyni klubun - "Paris Panthers"in üzvüdürlər. 

Nayel Nassar bir yarışda qazandığı 1 milyon dollarlıq mükafatdan sonra "Milyon Dollarlıq Çapar" ləqəbini qazanıb. 

Gülayə Mecid