Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya hərbi təyyarələrinin İdlib şəhərində müxtəlif bölgələrə havadan zərbələr endirdiyinə görə, bu ölkəni tənqid edib.

Unikal.org xəbər verir ki, Ərdoğan, Rusiyanın Astana və Soçidə əldə olunan razılaşmalara sadiq qalmadığını bəyan edib. O, "öz işimizi özümüz görərik" fikrini səsləndirib:

""İdlib bu bombalamaları dayandırmadığınız təqdirdə bizim artıq səbrimiz tükənir. Bundan sonra nə lazımdırsa biz də bunu edəcəyik".

Məsələ ilə bağlı rəsmi Kreml sözçüsü Dimitriy Peskov Ərdoğanın açıqlaması ilə razılaşmadıqlarını dilə gətirib:

"Rusiya İdlibdəki gərginlik zonasını azaltmaqla bağlı öhdəlikləri tam yerinə yetirir. Ancaq ordakı vəziyyət arzu olunan səviyyədə deyil. Orada Suriya ordusuna və İdlibdəki Hmeymim hava bazasına çox sayda hücum təşkil edən çox sayda terrorçu var".