Bu gün Türkiyə Super Liqasında 20-ci tura start veriləcək.

Unikal.org xəbər verir ki, turun oyunları 4 günü əhatə edəcək. Açılış matçında “Başakşəhər” “Gənclərbirliyi”ni sınağa çəkəcək.

Baş məşqçi postuna keçmiş futbolçusu Sərgən Yalçını gətirən “Beşiktaş” bu turda “Rizəspor” səfərinə yollanacaq. “Qalatasaray” isə autsayder “Kayserispor”u qəbul edəcək.

Turun mərkəzi görüşündə Qaradəniz təmsilçisi “Trabzonspor” doğma azarkeşləri qarşısında “Fənərbaxça” ilə münasibətlərinə aydınlıq gətirəcək.

Türkiyə Super Liqası, 20-ci tur

31 yanvar

21:00 Başakşəhər – Gənclərbirliyi

1 fevral

15:00 Antalyaspor – Konyaspor
18:00 Rizəspor – Beşiktaş
21:00 Trabzonspor – Fənərbaxça

2 fevral

14:30 Ankaragücü – Kasımpaşa
17:00 Alanyaspor – Yeni Malatyaspor
17:00 Qaziantep – Sivasspor
20:00 Qalatasaray – Kayserispor

3 fevral

21:00 Dənizlispor – Göztəpə