Müğənni Dana Durdana “Elgizlə izlə” verilişində qonaq olub.

Unikal.org Yenisabah.az-a istinadla xəbər verir ki, o, 12 ildir həsrət qaldığı oğlundan danışıb və keçmiş həyat yoldaşının valideynlərinin onu döydürdüyünü etiraf edib:

“Uşağı məndən almaq istəyirdilər, deyirdilər ki, bu qız müğənnidir, əxlaqsızdır, başımızı aşağı salacaq. Amma  bu uşağı almaq üçün arqument deyildi. 2009-cu ildə onlar sifariş veriblər, musiqiçinin əli ilə məni evdən çıxarıb, aparıb Dərbənddə səhərə qədər döydürüblər. Məni döyüblər işgəncə ilə və videoya çəkiblər. Onda mən təzə-təzə kariyeraya qalxırdım. İki hissədən ibarət olan videonun birinci hissəsini veriblər yoldaşıma. Bu video veriləndən sonra mən şok yaşadım. Yiyəm yox, anam yox, dalımca gələn yox. Məni döyən qadın idi, səhərə qədər, yarıçılpaq vəziyyətdə döyüb videoya çəkdilər. Videonu verib deyiblər ki, görürsünüzmü, bu qadın əxlaqsızdır. Cammat üstümə butulka atırdı”.  

Həmin görüntüləri təqdim edirik: