Prezident İlham Əliyev Maqomed Qurbanovun “Şöhrət” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

Unikal.org xəbər verir ki, Sərəncamda qeyd edilir ki, Azərbaycan Respublikası ilə Rusiya Federasiyası, o cümlədən Azərbaycan və Dağıstan xalqları arasında dostluq əlaqələrinin inkişafında səmərəli fəaliyyətinə görə Maqomed Səidoviç Qurbanov “Şöhrət” ordeni ilə təltif edilsin.