Bu gün 56 saylı Xaçmaz kənd seçki dairəsindən deputatlığa namizəd Zeyqəm Hüseynov seçicilərlə növbəti görüşünü Xaçmaz rayonunun Qımılqışlaq və Qədəşoba kəndlərində keçirib.

Unikal.org xəbər verir ki, görüşdə deputatlığa namizəd Zeyqəm Hüseynov bildirib ki, qədirbilən Xaçmaz seçiciləri hər zaman dövlətçiliyin inkişafına dəstək olublar və siyasi fəallıqları ilə seçiliblər. Namizəd seçicilərinə 9 fevral tarixində keçiriləcək seçkilərdə aktiv olmağı tövsiyə edib. Hər iki görüşdə seçicilər yekdilliklə Zeyqəm Hüseynova səs verəcəklərini bildiriblər.