Şəmkir rayonunda betonqarışdıran maşın minik avtomobili ilə toqquşub.

Unikal.org report-a istinadən xəbər verir ki, hadisə Bakı-Qazax avtomobil yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, yük maşınının "VAZ-2106" markalı avtomobillə toqquşması nəticəsində minik avtomobilinin sürücüsü ağır xəsarət alıb və xəstəxanaya aparılıb.

Faktla bağlı araşdırmalara başlanılıb.