ABŞ-da möcüzəvi hadisə yaşanıb.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, avstraliyalı turist Visaya Hoffie Nyu-York şəhərində metrostansiyaların birində qatar gözləyərkən relslərin üzərinə düşüb. Onun üzərindən 7 vaqonlu qatar keçməsinə baxmayaraq möcüzəvi şəkildə həyatda qalıb. 23 yaşlı qız özündən gedib və relslərin üzərində qalmağa davam edib.

20 dəqiqə sonra başqa bir qatar gələrkən gənc qızın çəhrayı rəngli koftasını görüb və onun üzərindən keçmədən qatarı dayandıra bilib. Beləcə 23 yaşlı qız ölümdən qurtulub və xəstəxanaya aparılıb. Onun bədənində müxtəlif yaralar və onurğa sümüyündə sınıqlar olduğu məlum olub. Həkimlər gənc qızın hər iki ayağını amputasiya etmək məcburiyyətində qalıblar.