50 saylı Abşeron - Qobustan seçki dairəsindən deputatlığa namizəd Ağaşirin Məmmədov təbliğat-təşviqat kampaniyası çərçivəsində görüşlərini davam etdirir. 

Unikal.org xəbər verir ki, namizəd mütəmadi olaraq seçiciləri ilə görüş zamanı onların qayğıları ilə maraqlanır, narahat edən məsələlərin həllinə yaxından dəstək olacağını açıqlayıb. 

O, seçiciləri ilə görüşdə deputat olarsa çəkinmədən öz platformasını açıqlayır. 

Platformda göstərir:

Azərbaycan Respublikasının Dövlət Müstəqilliyinin qorunmasını, ərazi bütövlüyünün bərpasını və işğal edilmiş torpaqlarımızın azad edilməsini ən ümdə vəzifə hesab etmək!
 
Müstəqil və azad Azərbaycanın, milli dövlətçiliyimizin, azərbaycançılıq prinsiplərinin əbədi və daha da möhkəm olmasına xidmət etmək;
 
Ölkənin iqtisadi inkişafında baş verən böyük irəliləyişləri daha da gücləndirmək məqsədi ilə aparılan islahatları dəstəkləmək;


 
Korrupsiya və rüşvətxorluğa qarşı mübarizə aparılması, qəbul olunacaq qanunlarda, aparılacaq islahatlarda, milli adət və ənənələrimizin, mənəvi dəyərlərimizin xüsusiyyətlərinin nəzərə alınması, kiçik və orta sahibkarlığın geniş inkişafına şərait yaradılması, xarici investisiyaların real müdafiəsini təmin edən qanunvericilik aktlarının qəbul edilməsi, əlillərin, şəhid ailələrinin, təqaüdçülərin, kimsəsizlərin, müharibə veteranlarının maddi vəziyyətlərinin daha da yaxşılaşdırılması, onların bütünlüklə pulsuz tibbi xidmətlə təmin edilməsi, eləcə də digər sosial müdafiə tədbirləri ilə əhatə olunması, respublikada, xüsusi ilə də Abşeronda tarixi və mədəni abidələrin qorunması, aztəminatlı ailələrin maddi vəziyyətinin yaxşılaşdırılması, su təchizatı, kanalizasiya sistemlərinin yenidən qurulması; kənd və qəsəbələrin yollarının torpaq örtüyünün asfalt örtüyü ilə əvəz edilməsi istiqamətində çalışmaq.

A.Məmmədov 2020-ci il fevral ayının 9-da seçicilərin əksəriyyəti ona səs verəcəyinə inanır. 

Namizəd seçiciləri 9 fevral tarixində fəal olmağa, seçki məntqələrinə gələrək siyasi iradələrini nümayiş etdirməyə və daha güclü Azərbaycan naminə ona səs verməyə dəvət edib.