“Sumqayıt” Azərbaycan Premyer Liqasının 15-ci turunda “Neftçi” ilə qarşılaşıb.

Unikal.org xəbər verir ki, qarşılaşma zamanı “Sumqayıt”ın 3 azarkeşi polis bölməsinə aparılıb. Buna onların priotexniki vasitələrdən istifadə etməsi səbəb olub. 

Azarkeşlər post-patrul maşınına mindirilərək, Nizami rayonu 24-cü polis bölməsinə aparılıblar. 

Qarşılaşma qollu bərabərliklə bitib – 1:1.