Futzal üzrə Azərbaycan milli komandası DÇ-2020-nin elit-raund mərhələsində bu gün son oyununu keçirib.

Unikal.org xəbər verir ki, milli komanda Bakı vaxtı ilə saat 20:00-da Slovakiya futzalçıları ilə qarşılaşıb. Sözügedən mərhələdə indiyədək iki qarşılaşma keçirən yığma komanda Xorvatiya millisinə 0:2 hesabı ilə məğlub olub, Rusiyaya isə 4:3 hesabı ilə qalib gəlmişdi.

Azərbaycan millisi qrupdan çıxmaq üçün bu gün Slovakiyaya qalib gəlməli, Xorvatiya isə Rusiyaya məğlub olmamalı idi.

Görüşü Ancelo Qalante, Kiara Perona və Nikola Manzione (hakimlər briqadası İtaliyadandır) idarə ediblər. Azərbaycan futzalçıları bu görüşdən heç-heçə ilə ayrılıb. Bu üzdən də bütün suallara qrupun sonuncu oyununda aydınlıq gələcək.

Futzal, DÇ-nin elit-raund mərhələsi

1 fevral

Azərbaycan – Slovakiya 3:3