Türkiyənin Elazığ bölgəsində zəlzələ olub.

Unikal.org-un Türkiyə KİV-inə istinadən verdiyi məlumata görə, yerli vaxtla saat 19:37-də Sivricə rayonunda qeydə alınan zəlzələ 3,5 bal gücündə olub. .

Yeraltı təkanların ocağı 5 kilometr dərinlikdə yerləşib.

Xatırladaq ki, yanvarın 24-ü Türkiyənin Elazığ əyalətinin Sivricə rayonunda 6,8 bal gücündə zəlzələ baş verib. Zəlzələ yerli vaxtla saat 20:55-də qeydə alınıb. Zəlzələ nəticəsində 39 nəfər həlak olub.