Çinin hüdudlarından kənarda koronavirusdan ilk ölüm hadisəsi Filippində qeydə alınıb.

Unikal.org xəbər verir ki, bu barədə məlumat Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Filippindəki filialının “Twitter” səhifəsində yerləşdirilib.

Qeyd olunub ki, Uhan şəhərindən olan 44 yaşlı kişi 1 fevral tarixində vəfat edib.

Qeyd edək ki, Çində koronavirusun indiyədək aşkar edilməmiş ştammına (2019-nCoV) yoluxanların sayı 14 min 380, bu virus səbəbindən ölənlərin sayı isə 304 nəfərə çatıb.