ABŞ-ın Florida ştatının Rivera-Biç şəhərində kilsədə atışma olub.

Unikal.org-un  “NBC News”-ə istinadən verdiyi məlumata görə, hadisə şənbə günü kilsədə keçirilən dəfn mərasimindən sonra baş verib.

Atışma zamanı güllə yarası alan 3 nəfərdən 2-i həyatını itirib. Ölənlərin 15 yaşlı gənc və 47 yaşlı kişi olduğu bildirilir. Güllə yarası alan qadın isə xəstəxanaya yerləşdirilib.

Atəş açan şəxs hələ saxlanmayıb.