Almaniyada koronavirusa yoluxanların sayı 10 nəfərə çatıb.

Unikal.org xəbər verir ki, xarici KİV-ə istinadən xəbər verir ki, virusa yoluxan şəxslər Frankfurt Universitetinin klinikasına yerləşdirilib. Onlar xüsusi nəzarətə götürülüb.

Qeyd edək ki, Çində virusun yayıldığı Uhan və digər şəhərlərdə yaşayan 100-dən çox Almaniya vətəndaşı təxliyə olunub. Onlardan ikisində virus aşkar edilib.