"Səbail" klubunun futbolçusu Maykl Essyen forma nömrəsini dəyişib.

Unikal.org xəbər verir ki, ulduz futbolçu bundan sonra 10 nömrəli forma ilə çıxış edəcək. 37 yaşlı oyunçu daha əvvəl 6 nömrəli formada idi. 

Qeyd edək ki, bunadək "Səbail"də 10 nömrəli forma ilə "Zirə"yə transfer olan Ağabala Ramazanov çıxış edirdi.