ABŞ-da 52 yaşlı qadın sevgilisi ilə öpüşərkən onun dilini qoparıb.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, Miçiqan ştatında sevgilisi 63 yaşlı kişinin dilindən 3 santimetrlik bir parça qoparıb. 52 yaşlı qadın polis tərəfindən saxlanılıb. 

Polis şöbəsində çalışanlardan Erik Smith 27 illik iş həyatında ilk dəfə belə bir hadisə ilə qarşılaşdığını bildirib. Müalicəyə alınan 63 yaşlı kişinin dilinin birləşdirilib-birləşdirilməməsi hələ ki açıqlanmayıb.