15 saylı Yasamal birinci seçki dairəsindən deputatlığa namizəd Ülvi  Quliyev bu gün rayonun Ağsaqqallar Şurasının sədri Cavanşir Qurbanovu evində ziyarət edib. 

Görüşdə ağsaqqalın ailə üzvləri, tanınmış ziyalılar iştirak ediblər. 

Böyüklərə diqqət və sayğı ilə yanaşan Ülvi Quliyev hər zaman onların nəsihətlərinə,  xeyir-dualarına ehtiyac duyduğunu bildirib. 

Yasamal rayon Ağsaqqallar Şurasının sədri Cavanşir Qurbanov isə Ülvi Quliyevi illər öncədən dövlətinə bağlı, insanlara dəstək olan bir şəxs kimi tanıdığını vurğulayaraq bütün ağsaqqalların, ziyalıların ona səs verəcəyini söyləyib.

Çıxış edən digər ağsaqqallar birmənalı olaraq Ülvi Quliyevin yanında olduqlarını, məhz 9 fevral səsvermə günü rayonun alternativsiz namizədi olaraq ona səs verəcəklərini deyiblər.