Şəkil çəkmək həvəskarı Oğuz Yıldırımın evinin balkonundan çəkdiyini foto görənləri təəccübləndirib.

Unikal.org Türkiyə KİV-nə istinadən xəbər verir ki, onun 6 ay öncə şimşək çaxarkən çəkdiyi fotoda Türkiyənin xəritəsi görünüb. Oğuz Yıldırım çəkdiyi bu foto qarşısında özünün də mat qaldığını etiraf edib. 

Fotonu görənlər onun həqiqi olmadığını düşünürlər.