Dünən gecə Londonda Britaniyanın “73-cü BAFTA” mükafatının təqdim edilməsi mərasimi keçirilib.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, mükafata namizədlərdən biri də dünya şöhərtli Hollivud ulduzu Al Paçino olub.

Belə ki, tədbirin keçirildiyi zala tələsən aktyorun başına bədbəxt hadisə gəlib. Pilləkənlərlə qalxarkən Al Paçino müvazinətini itirərək yerə yıxılıb.

79 yaşlı aktyor mühafizənin köməyi ilə ayağa qalxmağa nail olub. Çətinlik çəksə də, Al Paçino mərasimdə iştirak edə bilib.

Al Paçinonun yerə yıxılması hər kəsi qorxudub. 

Gülayə Mecid