Xocavənd rayonunun Yeni Xocavənd qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyindən Unikal.org-a verilən məlumata görə, fevralın 1-də saat 21 radələrində Xocavənd rayonunun Yeni Xocavənd qəsəbəsi ərazisində rayon sakini V.Savalanov idarə etdiyi “VAZ-2013” markalı avtomobillə yolu keçən həmyerliləri Natiq Əlizadəni və İ.Hacızadəni vurub. Nəticədə onlar xəstəxanaya yerləşdirilib, N.Əlizadə orada ölüb.

Xocavənd RPŞ tərəfindən araşdırma aparılır.