Çinin Uhan vilayətində yerləşən bir xəstəxananın içərisində və qarşısında dayanan mikroavtobusda video çəkən şəxs polis tərəfindən saxlanılıb. 

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, həmin şəxsin lentə aldığı görüntülərdə xəstəxananın içərisində koronavirusun qurbanı olan cəsəd yığınları olduğu aydın görünür. Videonu çəkən adamın sözlərinə görə, xəstəxananın qarşısında dayanmış mikroavtobusun içərisində 8 cəsəd var idi.

O, həmin görüntüləri paylaşdıqdan qısa zaman sonra polis tərəfindən saxlanılıb. Çində artıq koronavirusa yoluxanların sayı 17 min 200 nəfərə çatıb.