Şimali Kipr Türk Respublikasında qəribə hadisə yaşanıb.

Unikal.org Türkiyə KİV-nə istinadən xəbər verir ki, paytaxt Lefkoşada yağışlı hava şəraitində bir qadın hərəkətdə olan avtomobilin kaputunun üzərində oturub. Sürücünün maşında yüksək səsdə mahnı qoşmasına kaputun üzərində oturan qadın alqışlayaraq "dəstək olub." 

Sürücüyə 680 TL (200 manat) pul və 25 cərimə balı, kaputun üzərində oturan qadına isə 340 TL (100 manat) cəza kəsilib.