Şotlandiyanın Qlazqo şəhərində yaşayan Olivia Konlon adlı qız 13 yaşında olarkən məktəbi buraxıb. 

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, o, məktəbi buraxdıqdan sonra Çindən aldığı taxma dırnaqları satmağa başlayıb və qısa zamanda 5 min funt-sterlinq (12 min manat) qazanmağı bacarıb.

Gənc qız 19 yaşında boş evləri maliyyə vəsaiti olmadan yeniləyən "The Property Stagers" şirkətini yaradıb. O, qurduğu şirkəti ilə ilk ilində 30 min funt-sterlinq (70 min manat), ikinci ilində isə 1 milyon funt-sterlinq (2 milyon 200 min manat) qazanıb. 

Hal-hazırda 21 yaşında olan gənc qız milyonlar qazanmağa davam edir.