“Bavariya” futbol klubunun polşalı hücumçusu Robert Levandovski ölkəsində 2019-cu ilin ən yaxşı oyunçusu seçilib.

Unikal.org xəbər verir ki, 31 yaşlı futbolçu jurnalistlər arasında keçirilən sorğunun nəticələrinə əsasən, bu mükafata layiq görülüb.

Qeyd edək ki, Polşa millisinin kapitanı artıq 8-ci dəfədir "ilin ən yaxşısı" tituluna yiyələnib.