Çində yeni növ koronavirusdan ölənlərin sayı 425 nəfərə çatıb.

Unikal.org xəbər verir ki, virusa yoluxanların sayı 20 438 nəfərə yüksəlib.

Qeyd edilir ki, fevralın 3-ü yoluxanların sayının 17 205 (2788 nəfərin vəziyyəti ağır), ölənlərin sayının isə 361 olduğu bildirilib.

Ötən sutka ərzində 3235 yeni yoluxma hadisəsi qeydə alınıb.

Xatırladaq ki, Çində ötən ilin dekabrından 2019-nCoV koronavirusu yayılmağa başlayıb.

Çindən əlavə, yoluxma halları Tailand, Yaponiya, Cənubi Koreya, ABŞ, Kanada, Vyetnam, Sinqapur, Nepal, Fransa, Avstraliya, Malayziya, Finlandiya, Rusiya və Almaniyada da qeydə alınıb.