Bakıda yüksək sürət ağır qəzaya səbəb olub. 

Unikal.org Avtosfer.az-a istinadən  xəbər verir ki, hadisə paytaxtın Nobel prospektində qeydə alınıb. 

Yüksək sürətlə hərəkət edən “Toyota Land Cruiser” markalı avtomobilin sürücüsü qəfil idarəetməni itirib və işıq dirəyinə çırpılaraq aşıb.