“Atletiko”nun futbolçusu Kiran Trippyer əməliyyat olunub.

Unikal.org xəbər verir ki, bu barədə Madrid təmsilçisinin mətbuat xidməti məlumat yayıb. Qarın nahiyəsində ağrılar olan 29 yaşlı müdafiəçi bu gün əməliyyat edilib.

Trippyerin yaxın zamanda məşqlərə başlayacağı bildirilib.

Bu mövsüm La Liqada 16 oyunda iştirak edən Trippyer, üç məhsuldar ötürmə ilə yadda qalıb.