Ağsu rayonunda ümumi sahəsi 108 kv.m olan birmərtəbəli evdə yanğın olub.

Fövqəladə Hallar Nazirliyindən Unikal.org-a verilən  məlumata görə, Ağsu rayonunun Ərəbmehdibəy kəndində, ferma ərazisində ümumi sahəsi 108 m² olan birmərtəbəli 3 otaqlı evin yanar konstruksiyaları 81 m² sahədə yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.