Fevralın 4-də Novruz Aslanovun İsmayıllı şəhərində ictimai fəallar və ziyalılarla görüşü olub. Hər iki görüş qapalı (ictimai iaşə obyekti) məkanların birində keçirilib.

Unikal.org xəbər verir ki, görüşə mütəşəkkil şəkildə gələn seçicilər Novruz Aslanovun dəvətindən məmnun olduqlarını bildirərək, onunla yaxından ünsiyyətə şərait yaratdığına görə təşəkkür ediblər. Novruz Aslanov da öz növbəsində dəvətini qəbul edib gələn hər bir seçiciyə öz minnətdarlığını bildirib.

Namizəd çay süfrəsi arxasında səmimi şəraitdə keçən görüşlərdə qanunvericilik sahəsində həyata keçirilən tədbirlər, qanunlara edilən əlavə və dəyişikliklər barədə geniş məlumatlar verib. İştirakçiları maraqlandıran sualları cavablandırıb. Bölgələrin sosial-iqtisadi inkişafı sahəsində respublikanın şəhər və rayonlarında aparılan geniş infrastruktur layihələrindən, yerli sahibkarlara edilən güzəştlərdən, yerli fermer təsərrüfatlarına yaradılan şəraitdən danışıb. Dövlətin daim bu kimi məsələləri diqqətdə saxlayaraq, rayonların iqtisadi dayanıqlığını təmin etmək üçün bütün zəruri tədbirləri həyata keçirir. İştirakçılar bəzi təkliflərlə  də çıxış ediblər. Sonda sakinlər namizədə bu seçkilərdə uğurlar arzulayıblar.  

Məlumat üçün bildirək ki, növbəti görüşlərin də bu formatda keçirilməsi nəzərdə tutulub.