Bakıda bədbəxt hadisə baş verib.

Unikal.org apa-ya istinadən xəbər verir ki, hadisə paytaxtın Sabunçu rayonunda qeydə alınıb. Rayon sakini, 1978-ci il təvəllüdlü Hüseynova Səadət Fəxrəddin qızı yaşadığı evin hamamında dəm qazından boğularaq ölüb.

Faktla bağlı Sabunçu Rayon Prokurorluğunda araşdırma aparılır.