32 saylı Suraxanı Üçüncü seçki dairəsindən YAP-ın deputatlığa namizədi Afət Həsənova birinci qrup gözdən əlilin evinə gedib.

Unikal.org xəbər verir ki, A.Həsənova seçicisi olan iki gözü görməyən və yerimə əngəlli Maya İbrahimovanın Əmircan qəsəbəsində yaşadığı mənzilə gedərək, onunla görüşüb. Xanım namizəd görüşdə dövlətimizin daim şəhid ailələrinə, əlillərə, sosial qayğıya ehtiyacı olan insanlara daim diqqət göstərdiyini deyib.

Afət Həsənova 85 yaşlı seçicisinin səhhəti ilə maraqlanıb, ona şəfa diləyib və bildirib ki, deputat seçilicəyi təqdirdə vətəndaşların sosial problemlərini həll etmək üçün mühüm addımlar atacaq.

Qeyd edək ki, A.Həsənovanın görüşdüyü ahıl qadın tanınmış jurnalist Famil Fərhadoğlunun nənəsidir.